Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ » Memur.az

Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ

Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə bayram namazının qılınmasına münasibət bildirib.

Memur.Az-ın məlumatına görə, o, “Yeni” tv-nin canlı yayımında bildirib ki, Azərbaycanda elan edilən xüsusi karantin qaydalarına uyğun olaraq məscidlərdə bayram namazının qılınması nəzərdə tutulmur:

“Hazırda ölkədə vəziyyətin dəyişməsi ilə əlaqədar bayram namazları “YouTube” videohostinqi üzərindən həyata keçiriləcək. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi mövqeyini ifadə edib ki, bayram namazı qılınması şəraitdən asılı olacaq”.

“Din xadimləri və imamlar bayram namazının qılınmasını internet üzərindən təşkil edəcəklər”, - deyə o qeyd edib.