Tarix : 13-05-2020, 19:18 | Bölmə: medeniyyet

Azərbaycan bu ölkələrə humanitar yardım göndərir - RƏSMİ“Azərbaycan tərəfindən Serbiya Respublikasına humanitar yardım edilməsi nəzərdə tutulur”.

Memur.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, bu, artıq icra olunmaq üzrədir:

“Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyi tərəfindən ölkəmizə müraciət daxil olub. Müraciət hazırda qiymətləndirilir”.

“Yardımın maliyyə formasında verilməsi nəzərdə tutulur. Bundan əvvəlki dövrdə bu agentliyə maliyyə yardımları həyata keçirilib”, - deyə H.Hacıyev qeyd edib.

Oxşar xəbərlər