“Harri Potter” romanlarının müəllifindən xeyirxah addım » Memur.az

“Harri Potter” romanlarının müəllifindən xeyirxah addım

“Harri Potter” romanlarının müəllifindən xeyirxah addımMəşhur britaniyalı yazıçı, “Harri Potter” romanlarının müəllifi Coan Roulinq xeyriyyə fonduna bir milyon funt sterlinq (2 135 200 AZN) bağışlayıb. 

Yazıçı bu xeyirxah addımı Harri Potter günü münasibətilə atıb. Bu barədə o, öz sosial media hesabında paylaşım da edib. Bu pullar iki qurumun arasında bölünəcək. Onlardan biri evsizlərə, digəri isə məişət zorakılığının qurbanlarına yardım edən qurumdur.