“Neftçi” koronavirus əleyhinə mübarizəyə qoşuldu » Memur.az

“Neftçi” koronavirus əleyhinə mübarizəyə qoşuldu

“Neftçi” koronavirus əleyhinə mübarizəyə qoşulduKoronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar dövlət tərəfindən başladılmış “Biz birlikdə güclüyük” çağırışına “Neftçi” ailəsi də qoşulub.

Memur.Az xəbər verir ki, ötən gün klubun əməkdaşları və komanda üzvləri Bakı şəhərində yerləşən “Qadın və uşaq sığınma evi”nə baş çəkiblər.

Həmçinin futbolçular ilə “Forza Neftçi” fan-qrupunun üzvləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı edilib.