İran səfiri Azərbaycana təşəkkür etdi » Memur.az

İran səfiri Azərbaycana təşəkkür etdi

İran səfiri Azərbaycana təşəkkür etdiİranın Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycanın iranlılarla həmrəylik göstərməsini alqışlayıb.

Memur.Az-ın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, Cavad Cahangirzadə koronavirusla mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini yüksək qiymətləndirir.

Səfirin bununla İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunmasını nəzərdə tutduğu bildirilib.