Emin Ağalarov yaşlı insanlar üçün pulsuz restoran açdı » Memur.az

Emin Ağalarov yaşlı insanlar üçün pulsuz restoran açdı

Emin Ağalarov yaşlı insanlar üçün pulsuz restoran açdıRusiyanın paytaxtı Moskva şəhərində yaşlı insanların iş günlərində pulsuz isti yemək ala biləcəyi “Dobrodomik” adlı kafe açılıb.

Oxu.Az xəbər verir ki, “Dobrodomik” Xalq artisti Emin Ağalarov və layihənin təsisçiləri Aleksandra Sinyak və Yevgeni Gerşeviçin təşəbbüsü ilə həyata keçirilib.

Hər üç şəxs yeni açılan kafenin qonaqları ilə görüşüb. Tədbirdən olan fotoları və kafe ilə bağlı məlumatı Emin şəxsi “Instagram” hesabında paylaşıb.