İlham Əliyev Vladimir Putinə başsağlığı verdi » Memur.az

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

İlham Əliyev Vladimir Putinə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbərin onu dərindən kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzu edib.