Dəniz, həyətdə samovar çayı üçün darıxıram - Parisdəki azərbaycanlı » Memur.az

Dəniz, həyətdə samovar çayı üçün darıxıram - Parisdəki azərbaycanlı

Dəniz, həyətdə samovar çayı üçün darıxıram - Parisdəki azərbaycanlı“Paris - həyat üçün bayramdır. Gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir”. (Ernest Heminquey - amerikalı yazıçı və jurnalist )

Əvvəllər Lütesiya adlanan şəhərin əsası eramızdan əvvəl III əsrin ortalarında parisi tayfaları tərəfindən qoyulub. Müasir adı isə parisilərin adından götürülüb.

Eramızdan əvvəl 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhddən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərinə od vuraraq körpüləri məhv ediblər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salıblar.

Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmayıb. Amma sonradan - Roma imperiyasının süqutu ilə, bir sıra qala divarları, Luvr qəsri tikildikcə, XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif, dini mərkəzinə çevrilir.

Bugünkü müsahibimiz 16 yaşından rəngarəngliyi, sərbəstliyi ilə tanınan və sevilən, uşaqlıqdan bəri Fransanın paytaxtında yaşayan Məryəm Osmanovadır.