Türkiyəli məşhur aktyor Zəki Alasya vəfat etdi » Memur.az

Türkiyəli məşhur aktyor Zəki Alasya vəfat etdi

Türkiyəli məşhur aktyor Zəki Alasya vəfat etdi
Türkiyəli tanınmış aktyor Zəki Alasya müalicə olunduğu xəstəxanada vəfat edib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktyor qaraciyər xəstəliyi ilə əlaqədar müalicə alırmış. O, bu gün səhər dünyasını dəyişib. Aktyorun 72 yaşı var idi.

Xatırladaq ki, Zəki Alasya və Mətin Akpınar Türkiyə kinosunun ən məşhur cütlüyünü yaradıb. Bir çox serial və filmlərə çəkilmiş aktyor son dövrlərdə “Akasya Durağı” serialında “Nuri baba” və “Küçük Ağa2 serialındakı “Mehmet ağa” obrazlarını canlandırmışdı.