Ramazan ayının doqquzuncu gününün - DUASI VƏ TƏQVİMİ » Memur.az

Ramazan ayının doqquzuncu gününün - DUASI VƏ TƏQVİMİ

Ramazan ayının doqquzuncu gününün - DUASI VƏ TƏQVİMİMemur.Az Ramazan ayının 9-cu gününün təqvimi və duasını təqdim edir.

09 ramazan 1440 - 14 may 2019

İmsak: 03:45
İftar: 20:04

9-cu günün duası:

Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.

Tərcüməsi:

İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.