“PAŞA Sığorta” şirkətinin rəhbərliyində yeni təyinat » Memur.az

“PAŞA Sığorta” şirkətinin rəhbərliyində yeni təyinat

“PAŞA Sığorta” şirkətinin rəhbərliyində yeni təyinat“PAŞA Sığorta” şirkətinin İdarə Heyətinə yeni təyinat olub.

Belə ki, Ülviyyə Abbasova “PAŞA Sığorta” şirkətində İdarə Heyətinin üzvü vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilib. O, şirkətin maliyyə blokuna rəhbərlik edəcək.

Ülviyyə Abbasova bakalavr və magistratura təhsilini Bakı Dövlət Universitetində fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2015-ci ildə “IE Business School”da biznesin idarəedilməsi üzrə magistr dərəcəsinə yiyələnib. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, CIMA və ACCA kimi beynəlxalq sertifikatlara yiyələnərək risklərin idarə olunması, maliyyə və mühasibatlıq sahələrində bilik və keyfiyyətlərə malik olub.

Uzun müddət “Unibank”da müxtəlif rəhbər vəzifələrdə çalışmış Ülviyyə Abbasova 2016-cı ildən etibarən “PAŞA Holding” şirkətində fəaliyyət göstərib.

Qeyd edək ki, buna qədər “PAŞA Sığorta”da sözügedən vəzifədə fəaliyyət göstərən Murad Süleymanov “PAŞA Holding” şirkətinə maliyyə direktoru təyin edilib.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.