Sabiq prezidentlər Xalça Muzeyində » Memur.az

Sabiq prezidentlər Xalça Muzeyində

Sabiq prezidentlər Xalça Muzeyində

Azərbaycanda səfərdə olan Livanın sabiq prezidenti Amine Gemayel, Ekvadorun sabiq prezidenti Rosalia Arteaga və Türkiyənin sabiq prezidenti Abdulla Gül Xalça Muzeyində qonaq olub.

Muzeydən Lent.az-a verilən məlumata görə, qonaqlar Azərbaycan xalçasının tarixi və qorunan nümunələrlə tanış olublar. Onlar Xalça Muzeyinin 1987-ci ildə Şuşada yaradılan filialından 1992-ci ildə işğal zamanı çətinliklə Bakıya gətirilən xalçalara da baxıblar. Xalça muzeyinin 3-cü mərtəbəsində yerləşən müasir xalça bölümü qonaqların diqqətini çəkib. Müasir xalçalarda rəng çalarlarının zövqlə işləndiyini bildirən Türkiyənin sabiq prezidenti “Leyli və Məcnun”u əks etdirən xalçanı daha çox bəyəndiyini vurğulayıb.

Daha sonra muzeydə sərgilənən digər eksponatlarla tanış olan qonaqlara sonda muzeydə olmalarını təsdiqləyən və üzərində Qarabağ məktəbinə aid Çələbi xalçası əks olunan sertifikat təqdim olunub.