Tarix : 18-07-2018, 12:22 | Bölmə: medeniyyet

Dünyanın ən qədim çörəyi tapıldıDünyanın ən qədim çörəyi İordaniyanın “Qara səhra” adlanan ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bunadək ən qədim çörək bişirilmə yeri Türkiyənin Çatalhöyük arxeoloji mərkəzi sayılırdı və tarixi 9 min il əvvələ gedib çıxırdı.

İndi isə dünyanın ən qədim çörəyinin 14 min il öncə ərsəyə gəldiyi müəyyənləşib.

Hər birinin içində böyük dairə şəklində daş sobaların olduğu iki bina kəşf edən tədqiqatçılar hər iki binada yanmış çörək qırıntıları tapıblar.

Mikroskopla baxıldıqda 5,7 millimetr uzunluğunda, 4,4 millimetr enində, 2,5 millimetr qalınlıqda çörək nümunələrində əzmə, ələmə, yoğurma kimi fəaliyyət izləri aşkarlanıb.

Mayasız bişirilən qədim çörəyi laboratoriya şəraitində yenidən istehsal etməyi sınayan tədqiqatçılar çörəyin dadının hazırda istehlak olunan çox taxıllı çörəyə oxşadığını deyirlər.

Əcdadlarımız fətir şəklində bişirilən çörəyi ətə sarıb yeyirlərmiş.

Memur.az

Oxşar xəbərlər