Xalq artisti: "O adamları Allaha tapşırıram" » Memur.az

Xalq artisti: "O adamları Allaha tapşırıram"

Xalq artisti: "O adamları Allaha tapşırıram"


Xalq artisti Firəngiz Mütəllimovanın səhhətinin pisləşməsi ilə bağlı xəbər yalan çıxıb.



Memur.Az bildirir ki, bu barədə big.az-a danışan xalq artisti səhhətinin yaxşı olduğunu, bu xəbər yayılanda dərsdə olduğunu bildirib: "O xəbərlər çıxanda mən dərsdə olmuşam. Dünən teatrda tamaşa oynamışam. İndi də dərsdən çıxmışam gəzərək evimə gedirəm. Bu xəbəri kim yayıbsa, yalan xəbərdir".

Həmçinin Firəngiz Mütəllimova Məhərrəmlik ayında onun barəsində yalan xəbər yayanları Allaha tapşırdığını da bildirib: "O xəbəri yazanlarlar boş-bekar, işsiz-gücsüz adamlardır. Hər kim də o cür yalan informasiya yazıbsa, Məhərrəmlik ayıdır, ağır aydır, kim nə niyyətlə yazıbsa, Allah özünə qismət eləsin. O adamları Allaha tapşırıram".