Əbülfəs Qarayev: "Bütün tarixi abidələr bərpa ediləcək" » Memur.az

Əbülfəs Qarayev: "Bütün tarixi abidələr bərpa ediləcək"

Əbülfəs Qarayev: "Bütün tarixi abidələr bərpa ediləcək"

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bölgədə həyata keçiriləcək layihələr barədə məlumat verib. TTV (Region TV) xəbər verir ki, nazir Tovuzda inşaası davam edən tikililərin yaxın vaxtlarda təhvil veriləcəyini bildirib:

"Biz burda iki layihəni gerçəkləşdiririk. Tovuz rayonunda, bilirsiz ki, böyük mədəniyyət evinin tikilməsi ilə məşğuluq, mən oranı da ziyarət elədim. Həm də biz böyük aşıq mərkəzinin inşaası ilə məşğul oluruq. Orda da işlər gedir və biz orda da inşaatla tanış olduq".

Yox olmaq təhlükəsi ilə üzləşən, təmirə, bərpaya ehtiyacı olan tarixi abidələrin gələcək taleyi məsələsinə də toxunan Əbülfəs Qarayev, bununla bağlı dövlət başçısının xüsusi tapşırıq verdiyini deyib:

"Sərəncama əsasən, nazirliyin nəzdində tarixi abidələrin qorunması, bərpası ilə bağlı yeni bir dövlət xidməti yaradıldı. Bu dövlət xidməti öz fəaliyyətinə də artıq başlayıb, amma eyni zamanda xüsusi bir dövlət proqramı təsdiq olundu".
Nazirin sözlərinə görə, ölkəmizdə 7 mindən çox tarixi abidə var və bunların bərpası üçün zaman lazımdır. Bununla belə proqama əsasən, işlərin 2020-ci ilə qədər yekunlaşması nəzərdə tutulur. Bütün bunlar barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuzda vətəndaşlarla görüşü zamanı məlumat verib. Görüşdə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından gələn sakinlər iştirak ediblər.