Azərbaycan “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci çıxış edəcək » Memur.az

Azərbaycan “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci çıxış edəcək

Azərbaycan “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci çıxış edəcək

“Eurovison-2015” mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı açıqlanıb.

APA-nın xəbərinə görə, müsabiqənin rəsmi saytında yerləşdirilən siyahıda Azərbaycanın ikinci yarımfinalda mübarizə aparacağı qeyd olunub. Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.

İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belədir: Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan.

İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə təyin olunub.

Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.