İlhamə Quliyeva vəfat edib - YENİLƏNİB » Memur.az

İlhamə Quliyeva vəfat edib - YENİLƏNİB

İlhamə Quliyeva vəfat edib - YENİLƏNİB12:46

"Report"un xəbərinə görə, Azərbaycanın xalq artisti İlhamə Quliyeva dünyasını dəyişməsi faktını Səhiyyə Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

----------

12:35

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.

Bu barədə lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib. Xalq artistinin telefon nömrəsinə zəng edən lent.az əməkdaşına Əli Mirəliyev cavab verib. O belə deyib: "İlhamə xanım artıq yoxdur".

---------

12:21

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu saatlarda vəfat edib.

Bu barədə məlumatı Sputnik-in hadisə yerində olan müxbiri də təsdiqləyib.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından Sputnik-ə bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.

Sputnik əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıblar.

Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.