Aparıcıya vəzifə verildi » Memur.az

Aparıcıya vəzifə verildi

Aparıcıya vəzifə verildiO, eyni zamanda yeni yaradılan Uşaq Teatr–Studiyasının rejissorudur.

Mədəniyyət ve Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə Kamran İsrafilov təyin edilib.

Memur.Az xəbər verir ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimi də sınayıb və bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodüserliyi ilə çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Kamran İsrafilov eyni zamanda yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissorudur.