Musiqi dünyasında sensasiya doğuran tapıntı » Memur.az

Musiqi dünyasında sensasiya doğuran tapıntı

Musiqi dünyasında sensasiya doğuran tapıntı

Praqadakı Çexiya Musiqi Muzeyinin əməkdaşlarına V.A. Motsartın A. Salyeri ilə birlikdə yazdığı musiqi əsərini 200 ildən çox vaxt keçəndən sonra tapmaq səadəti nəsib olub.

Muzeydə İtaliya şairi Lorenso da Pontenin də librettosu tapılıb. Bu barədə muzeyin əməkdaşı Şarka Doçkalova məlumat verib.

O bildirib ki, muzey tapıntını qarşıdan gələn çərşənbə günü mətbuat konfransında təqdim edəcək. Motsartın məşhur “Don Juan” operasının librettosunu da Ponte yazıb. Operanın 1787-ci ildə Praqada, Soslov Teatrında baş tutan premyerasında bəstəkar özü dirijorluq edib.

Bir çox Avropa ölkələri kimi, Çex Respublikası da bu il dahi Vyana bəstəkarının anadan olmasının 260 illiyi və vəfatının 225 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirməyi planlaşdırır.