Roma Papası kinoya çəkiləcək » Memur.az

Roma Papası kinoya çəkiləcək

Roma Papası kinoya çəkiləcəkPontifik öz rolunu canlandıracaq.

Katolik kilsəsinin rəhbəri kinematoqrafiyanın və katolik kilsənin tarixində ilk dəfə kinoya çəkiləcək, Memur.Az xarici KİV-ə istinadən xəbər verir.

Məlum olduğu kimi, Roma Papası Fransisk “AMBI Pictures” kinoşirkətinin istehsalı olan ailəvi macəra filminin çəkilişində iştirak edəcək.

Təbii ki, filmdə Papaya digər rollar təklif edilməyəcək. O, öz rolunu canlandıracaq. Filmin süjeti Yevangeliyadan götürülüb və Məsihin axtarışında apostolları simvolizə edən müxtəlif mədəniyyətə mənsub uşaqlardan bəhs edir. Ssenari müəllifi Qrasiela Rodriges təyin edilib.

“Günəşin o tayında” (Beyond the Sun) adlanacaq filmin prodüsserləri, filmin “yaş fərqinə baxmayaraq bütün tamaşaçıları Tanrı sözünün ardınca getməyə, öz həyatını daha yaxşı yaşamağa və digərlərinə yardım etməyə sövq edəcək”.

Əldə edilən gəlir Argentinada, risk qrupuna daxil olan uşaqlara və çətin tərbiyə edilən yeniyetmələrə yardım göstərən uşaq evlərinin hesabına köçürüləcək. Filmin çəkilişlərinə yaxın zamanlarda başlanılacaq.