Mətbuat katibi: “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparılıb” » Memur.az

Mətbuat katibi: “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparılıb”

Mətbuat katibi: “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparılıb”1800 kilometr yol qət etdik, 7 gün ərzində 23 rayonda olduq, icra başçıları, sakinlər, müəllim və şagirdlərlə görüşdük.

Onlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Dövlət müşaviri Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi “Kitabi-Dədə Qorqud”.

Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitabını hədiyyə verdik.

Memur.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun rəhbəri, mətbuat katibi Ceyhun Musaoğlu qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən kitaba ətraflı önsöz yazan Fridrix fon Dits yeni aşkar edilmiş Oğuz siklopunu Homerin qədim siklopu ilə müqayisə edib:

“52 bənddən ibarət olan müqayisəli önsözü oxuyanda məlum olur ki, “Kitabi-Dədə Qorqud” dastanı Homer üçün mənbə rolunu oynayıb, sadəcə birinci dastan elm aləminə ikincidən gec tanıdılıb”.

C.Musaoğlu onu da xatırladıb ki, Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin 2015-ci il boyu qeyd edilməsi haqqında sərəncam imzalayıb və həmin sərəncam çərçivəsində Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin rəhbərliyi və təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

“Kitabi-Dədə Qorqud” dastanının təbliğatı və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparılıb.

“Multikulturalizm ilinin ilk ayı və ikinci on günlüyü. Əlimizdə 25 kitab var - möhtəşəm xalq dastanının 12 boyundan birinin - Basatın Təpəgözü öldürdüyü boyun 25 dildə tərcüməsi.

Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə kitabın bölgə rəsmilərinə və əhaliyə hədiyyə olunması tapşırığını alırıq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Nurlan Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iki əməkdaşı – Tural Şahbazov və bu yazının müəllifi yanvarın 12-dən regionlara səfərə başlayırıq” - deyə, o, sözlərinə əlavə edib.