“20 Yanvar” faciəsi ilə əlaqədar “Unudulmayan tarix” adlı tədbir keçiriləcək » Memur.az

“20 Yanvar” faciəsi ilə əlaqədar “Unudulmayan tarix” adlı tədbir keçiriləcək

“20 Yanvar” faciəsi ilə əlaqədar “Unudulmayan tarix” adlı tədbir keçiriləcəkAzərbaycan Xalça Muzeyində.

19 Yanvar 2016-cı il tarixində saat 15:00 – da Azərbaycan Xalça Muzeyində “20 Yanvar” faciəsi ilə əlaqədar “Unudulmayan tarix” adlı tədbir keçiriləcəkdir.

Memur.Az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd gələcəyimizin təmsilçiləri olan uşaqlara və gənclərə Milli azadlığımızın əsasını qoyan, öz qanları ilə müstəqilliyimizi əbədi olaraq şanlı tariximizə həkk edən şəhidləri unutmamağa və qəlblərdə yaşatmağa səsləməkdir.

Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Yanvarın 20- ci günü ” adlı kompozisiya nümayiş olunacaq.

Daha sonra Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı rəsm sərgisinin nümayişi, Uşaq Teatrının istedadlı dərnək üzvlərinin ifasında tamaşa kompozisiya, 162 nömrəli orta məktəb şagirdinin ifasında 20 Yanvar hadisəsinə aid bədii qiraət, həmçinin H.Sarabski adına 7 nömrəli Uşaq Musiqili məktəb şagirdlərinin də çıxışları olacaqdır.