Xalq artistinin səhhəti pisləşdi » Memur.az

Xalq artistinin səhhəti pisləşdi

Xalq artistinin səhhəti pisləşdi


Xalq artisti, tanınmış diktor Sabir Ələsgərlinin səhhətində problemlər yaranıb.

Memur.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə diktor özü açıqlama verib:

Qəfildən mədəmdə ağrılar yarandı və xəstəxanaya getməli oldum.

"Həkimlər mədəmdə yara olduğunu söylədilər. Xəstəxanada qalmaq istəmədim. Hazırda ev şəraitində müalicə olunuram. Dava-dərman qəbul edirəm, pəhriz saxlayıram. Bilmirəm, necə olacaq, amma müalicə səhhətimə müsbət təsir göstərmir. Günü-gündən arıqlayıram, geri gedirəm".

Xalq artisti səhhəti ilə əlaqədar işə də çıxmır.