“28 Cinema”da Vaqif Mustafayevin “Patriot” filmi göstəriləcək » Memur.az

“28 Cinema”da Vaqif Mustafayevin “Patriot” filmi göstəriləcək

“28 Cinema”da Vaqif Mustafayevin “Patriot” filmi göstəriləcək
“28 Cinema”da ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Vaqif Mustafayevin çəkdiyi “Patriot”qısametrajlı sənədli filmi nümayiş ediləcək.

Memur.Az xəbər verir ki, “Patriot” V.Mustafayevin 2004-cü ildə çəkdiyi və H.Əliyevə həsr etdiyi 9-cu filmdir.

Filmin məzmunu Heydər Əliyevin Azərbaycan SSR KP-nin birinci katibi seçilməsindən sonrakı ilk illərini əhatə etməsi barədədir.

Film dekabrın 12-də saat 11:00 göstəriləcək.

Nümayiş pulsuzdur.