Xalq artisti: "Atam müğənni olmağımı istəmirdi" » Memur.az

Xalq artisti: "Atam müğənni olmağımı istəmirdi"

Xalq artisti: "Atam müğənni olmağımı istəmirdi"

Xalq artisti Könül Xasıyeva keçmişini xatırlayaraq kövrəlib.

O, Memur.az-a açıqlamasında bildirib ki, atası onun müğənni olmağını istəməyib:

"Atam müğənni olmağımın əleyhinə idi. Buna görə də məni Bakıya oxumağa getməyə qoymurdu. Şəkinin o vaxtkı raykomu atamı yanına çağırıb danışdı. Dedi ki, bu uşağın gözəl səsi var, ona mane olma, qoy gedib oxusun. Atamı yola gətirdilər, yoxsa Bakıya gəlib təhsil ala bilməzdim. Ancaq sonrakı uğurlarımı gördükcə atam sevinirdi. Özümə dedi ki, nə yaxşı ki, müğənni olmusan.

Valideynlərə tövsiyə edərdim ki, uşaqlarının istedadları varsa, onlara maneçilik törətməsinlər".