Xalq artisti: "Bakıya gələndə qalmağa yerim-yurdum yox idi" » Memur.az

Xalq artisti: "Bakıya gələndə qalmağa yerim-yurdum yox idi"

Xalq artisti: "Bakıya gələndə qalmağa yerim-yurdum yox idi"

Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə sənət yolunun keşməkeşlərindən danışıb.

Memur.az-a danışan xanəndə qazandığı uğura görə özünə - çəkdiyi əziyyətlərə borclu olduğunu bildirib:

"Kənddən Bakıya gələndə qalmağa yerim-yurdum yox idi. Qohum evində də qalmağa utanırdım. Buna görə də işlədiyim zavodların yataqxanasında qalırdım.

Şükür bu günümə, çəkdiyim əziyyətlər yerdə qalmadı. İndi sayılıb-seçilən ali təhsil ocaqlarında dərs deyirəm, tanınmış xanəndəyəm. Çəkdiyim əziyyətlər yerdə qalmadı".