Əliağa Vahidin 120 illik yubiley tədbiri keçiriləcək » Memur.az

Əliağa Vahidin 120 illik yubiley tədbiri keçiriləcək

Əliağa Vahidin 120 illik yubiley tədbiri keçiriləcək

Azərbaycan Dövlət Filarmoniyasında.

Bu gün Əliağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Memur.Az-a verilən məlumata görə, tədbir prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirliyin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunacaq.

Elm, mədəniyyət xadimlərinin və dövlət strukturlarının nümayəndələrinin iştirak edəcəyi tədbirdə Əliağa Vahidin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Yubiley tədbirində şairin qəzəllərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı videoçarx göstəriləcək.