Fidan Hacıyeva Gülçöhrə olacaq » Memur.az

Fidan Hacıyeva Gülçöhrə olacaq

Fidan Hacıyeva Gülçöhrə olacaq

Noyabrın 28-də Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası nümayiş olunacaq.

Memur.Az xəbər verir ki, 1998-ci ildə Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.

Noyabrın 28-də baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda xalq artisti Fidan Hacıyevanın çıxış etməsidir. Teatrın səhnəsində indiyə kimi Karmen (“Karmen”), Amneris (“Aida”), Azuçena (“Trubadur”), Rozina (“Sevilya bərbəri”), Gülüş (“Sevil”), Asya (“Arşın mal alan”), Xanəndə qız (“Koroğlu”) və s. rol və partiyaları yüksək professionallıqla ifa edən xalq artistinin yeni rolu güman ki, uğurlu alınacaq.

Tamaşada əməkdar artist Fərid Əliyev (Əsgər), əməkdar artist Gülüstan Əliyeva (Cahan xala), əməkdar artist Yadigar Muradov (Soltan bəy), Tural Ağasıyev (Süleyman), xalq artisti Gülyaz Məmmədova (Telli), əməkdar artist Ələkbər Əliyev (Vəli) çıxış edəcəklər.

Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.