Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
medeniyyet
28-02-2025, 10:05
85

Bu barədə “Report”a onun oğlu Toğrul Mehdi məlumat verib.
Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin isə Fəlsəfə fakültəsinin məzunu olub.
O, ədəbi fəaliyyətə 1970-ci illərdə başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edilməsində xidmətləri olub.
Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olaraq dövri mətbuatda müntəzəm çıxışlar edib.