• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Heydər Əliyevin anadan olmasından 100 il keçir

Mədəniyyət

10-05-2023, 09:23

Heydər Əliyevin anadan olmasından 100 il keçirBu gün bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabrında imzaladığı sərəncamla Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Paylaş:
Digər xəbərlər
Hadisə
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Cəmiyyət
Dünən, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dünən, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
20-03-2026, 04:23
Azərbaycanda 11 günlük bayram tətili başladı
Son xəbərlər
  • Bu gün, 09:47
    SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
  • Bu gün, 09:32
    Kamran Əliyev onu vəzifədən AZAD ETDİ
  • Bu gün, 09:27
    Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
  • Dünən, 16:58
    Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub
  • Dünən, 16:56
    İlham Əliyev Yunanıstanı milli bayram münasibətilə təbrik etdi
  • Dünən, 16:55
    Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 16:51
    Cao Lıci: Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin köklərə əsaslanır
  • Dünən, 16:50
    DYP yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
  • Dünən, 16:47
    Türkiyənin xarici işlər naziri Suriya və qətərli həmkarı ilə telefon danışıqları aparıb
  • Dünən, 08:32
    Şahbaz Şərif: Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır
  • Dünən, 08:30
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
  • Dünən, 08:28
    Kim Çen In: Hər zaman Moskvanın yanındayıq
  • Dünən, 08:25
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • Dünən, 08:13
    Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”
  • Dünən, 08:08
    Araqçi: “Ədalət artıq yoxdur"
  • Dünən, 08:04
    Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 08:02
    Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 24-03-2026, 11:32
    Deputat Asif Əsgərov şəhid ailəsini ziyarət etdi
  • 24-03-2026, 11:09
    Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu
  • 24-03-2026, 11:06
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 24-03-2026, 11:00
    Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi
  • 24-03-2026, 10:59
    Çin Sədri lham Əliyevi təbrik etdi
  • 24-03-2026, 10:57
    Braziliya Azərbaycana təşəkkür etdi
  • 24-03-2026, 10:55
    "Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
  • 24-03-2026, 10:54
    Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi
  • 23-03-2026, 09:17
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
  • 23-03-2026, 09:07
    İran Qətərdə zavodu vurdu
  • 23-03-2026, 09:05
    “İradəmizi sındıra bilməzsiniz” – Pezeşkianın Trampa cavabı
  • 23-03-2026, 09:00
    Sahibə Qafarova, Samir Şərifov... - II İlyanın dəfnindən
  • 23-03-2026, 08:48
    Kim Çen In yenidən KXDR Dövlət İşləri üzrə sədr seçilib
  • 23-03-2026, 08:43
    Şahbaz Şərif Rusiyada Putinlə görüşəcək
  • 23-03-2026, 03:07
    SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
  • 23-03-2026, 02:57
    Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü
  • 23-03-2026, 02:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 23-03-2026, 02:53
    Azərbaycanda nə vaxtdan sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...