Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq » Memur.az

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 792 milyon manat və yaxud 1 054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ilkin proqnozla müqayisədə 6,3 % azdır, gələnilki büdcə xərclərinin 6 %-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 18,55 % azalacaq.

Qaytarılacaq borcun 232 milyon manatını daxili dövlət borcu (o cümlədən 225 milyon manatı faiz ödənişləri), 1 560 milyon manatını isə xarici dövlət borcu (o cümlədən 408 milyon manatı faiz ödənişləri) təşkil edəcək.