Azərbaycana yatırılan xarici investisiyaların həcmi AÇIQLANDI » Memur.az

Azərbaycana yatırılan xarici investisiyaların həcmi AÇIQLANDI

Azərbaycana yatırılan xarici investisiyaların həcmi AÇIQLANDI“Azərbaycanda sənaye zonalarında bütün istehsalın həcmi 4,3 milyard manatdan çox olub”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, qoyulan sərmayələrin həcmi isə 6,1 milyard manat olub:

“Son onilllikdə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm amillərindən biri olub. Bu dövr ərzində ölkəyə cəlb edilmiş birbaşa xarici investisiyaların toplam həcmi 57 milyard ABŞ dolları təşkil edib”.

Nazir əlavə edib ki, son vaxtlar alternativ energetikaya xarici investorların marağı artıb.