Tarix : 6-10-2021, 12:14 | Bölmə: iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 85 dolları ötdüAzərbaycan neftinin qiyməti 85 dollar həddini ötüb.

Oxu.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin dəyəri 1,59 ABŞ dolları və ya 1,92 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 85,15 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Oxşar xəbərlər