SOCAR Gürcüstanda YDM-lərdə “Way Mart” şəbəkəsini genişləndirir » Memur.az

SOCAR Gürcüstanda YDM-lərdə “Way Mart” şəbəkəsini genişləndirir

SOCAR Gürcüstanda YDM-lərdə “Way Mart” şəbəkəsini genişləndirirAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq Gürcüstanda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi prosesini demək olar yekunlaşdırıb.

Bunu “Report”a açıqlamasında SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Energy Georgia” MMC-nin Baş direktoru Mahir Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda SOCAR əsasən yeni inşa edilən dövlət əhəmiyyətli magistral yollarda böyük multifunksional komplekslərin tikilməsinə üstünlük verir.

“Hazırda əsasən bizim yanacaqdoldurma məntəqələrində “Way Mart” pərakəndə satış mərkəzlərinin daha da genişləndirilməsinə və təkmilləşdirilməsinə üstünlük verilir. “Way Mart”ın uğurları gözə çarpır”.

O bildirib ki, hazırda “Way Mart” pərakəndə satış mərkəzləri daha da təkmilləşdirilir:

“Bu il 15 YDM-dəki “Way Mart” pərakəndə satış mərkəzi köhnə dizayndan yeni dizayna keçərək rebrendinq edəcək. Bu gün bizim 67 pərakəndə satış mərkəzimiz mövcuddur ki, bunların da yeni dizaynla tərtibatı yekunlaşacaqdır”.