Növbəti ildə dövlət büdcə kəsirini bağlamaq üçün borclanmaya gedə bilər - RƏSMİ » Memur.az

Növbəti ildə dövlət büdcə kəsirini bağlamaq üçün borclanmaya gedə bilər - RƏSMİ

Növbəti ildə dövlət büdcə kəsirini bağlamaq üçün borclanmaya gedə bilər - RƏSMİ2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində nəzərdə tutulur.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcək və bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.

Bildirilib ki, kəsirin qarşılanmasının aşağıdakı mənbələr hesabına həyata keçirilməsi nəzərdə tutulur:

- imzalanmış kredit müqavilələrinə uyğun olaraq 610 milyon manat həcmində layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər;

- 1 milyard 895 milyon manat həcmində yeni daxili və xarici borclanma;

- 500 milyon manat həcmində 2021-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının ehtimal olunan qalığı;

- 111 milyon manat məbləğində özəlləşmədən daxilolmalar.