Toğrul İsmayıl: “Ankara və Moskva Bakının maraqlarını nəzərə alaraq öz fəaliyyətlərini əlaqələndirməlidir” » Memur.az

Toğrul İsmayıl: “Ankara və Moskva Bakının maraqlarını nəzərə alaraq öz fəaliyyətlərini əlaqələndirməlidir”

Toğrul İsmayıl: “Ankara və Moskva Bakının maraqlarını nəzərə alaraq öz fəaliyyətlərini əlaqələndirməlidir”“Sülhməramlıların rolu hansısa xəritələr qurmaq, sərhədləri dəyişdirmək və.s deyil. Rusiya sülhməramlıları 10 noyabr tarixli üçtərəfli bəyanat əsasında Azərbaycan Respublikasının ərazisindədir. Rusiya tərəfi bu ərazilərin Azərbaycana aid olduğunu tanıyır”.

Bu sözləri Media.Az-a müsahibəsi zamanı türkiyəli politoloq, Kahramanmaraşdakı Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Rusiya Müdafiə Nazirliyinin sülhməramlı əməliyyat keçirilən ərazi ilə bağlı xəritədə etdiyi dəyişikliklə bağlı bildirib.

“Bu barədə Vladimir Putin də dəfələrlə bildirib, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Sülhməramlılar onların çiyinlərinə qoyulmuş missiyanı yerinə yetirmək məcburiyyətindədir. Əlbəttə, bəzən bir sıra yerlərdə yanaşmalarda fərqlər yarana bilər. Ancaq əminəm ki, bütün bunlar müvəqqəti xarakter daşıyır.

Bura Azərbaycan torpağıdır və heç nə beynəlxalq hüququ pozmamalıdır. Bu baş verərsə, o zaman Rusiyanın regiondakı nüfuzunu artırmaq üçün vəziyyətdən istifadə etməsi deməkdir. Ancaq Rusiya tərəfinin buna gedəcəyini düşünmürəm. Əsas odur ki, Azərbaycan tərəfi bu məsələyə vaxtında düzəlişlər etsin. Bu, hər iki tərəf üçün əlverişsiz olan anlaşılmazlıqların qarşısını almaq üçün vacibdir”, - deyə ekspert qeyd edib.

Sonda ekspert vurğulayıb ki, prosesə Türkiyənin qoşulması məsələsini də nəzərə almaq lazımdır.

“Türkiyə regionda baş verənləri müşahidə edəcək. Ümumiyyətlə, Türkiyə və Rusiya 10 noyabr tarixli üçtərəfli razılaşmaya əsaslanaraq öz fəaliyyətlərini Azərbaycanın maraqlarını nəzərə alaraq əlaqələndirməlidir”, - deyə türkiyəli politoloq qeyd edib.