Tarix : 7-11-2020, 23:17 | Bölmə: iqtisadiyyat

Azərbaycanın iqtisadi reytinqi sabit saxlanılıbAzərbaycanın reytinqləri BB+ səviyyəsində saxlanılıb.

Bu barədə "RAEX Europe" reytinq agentliyi məlumat verib.

Agentliyin Azərbaycanla bağlı iqtisadi reytinqində bildirilib ki, hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri ölkədəki maliyyə vəziyyətini sabit saxlamağa kifayət edir. Pandemiya və hərbi qarşıdurmalara baxmayaraq hökumətin ARDNF-də güclü maliyyə resursları mövcuddur.

ARDNF-nin aktivlərinin 2020-ci ilin III rübündə əsasən valyuta dəyişikliyi ilə əlaqəli büdcədənkənar gəlirlər hesabına bərpa olunduğu vurğulanıb.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarının səviyyəsi də məqbul hesab edilib.

Eyni zamanda qeyd edilib ki, 2020-ci ildə Azərbaycanın bank sistemindəki göstəricilər indiyə qədər maliyyə sabitliyi baxımından ən yaxşı göstəricilər hesab edilə bilər.

Oxşar xəbərlər