Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətində yeni təyinatlar olub » Memur.az

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətində yeni təyinatlar olub

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətində yeni təyinatlar olubAzərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin olunub.