Tarix : 5-08-2020, 14:42 | Bölmə: iqtisadiyyat

“Brent” markalı neftin bir barelinin qiyməti 45 dolları keçdi“Brent” markalı neftin bir barelinin qiyməti martın 6-dan sonra ilk dəfə 45 dolları keçib.

“RİA Novosti” avqustun 5-nə olan satış məlumatlarına əsasən xəbər yayıb.

Bakı vaxtı ilə saat 12:45-ə olan məlumata görə, “Brent” markalı Şimal dəniz qarışığının oktyabr fyuçerslərinin qiyməti 1,46% artaraq, bir barel üçün 45,08 dollar təşkil edib.

WTI markalı neftin sentyabr fyuçersləri 1,51% bahalaşaraq, bir barelinin qiyməti 42,33 dollara çatıb.

Oxşar xəbərlər