Tarix : 5-06-2020, 14:34 | Bölmə: iqtisadiyyat

Avropa Komissiyası Aİ ölkələrindən sərhəd nəzarətinin ləğvini istəyirAvropa Komissiyası (EC) Aİ-nin 27 üzv ölkəsinin daxili işlər nazirlərindən iyunun sonuna qədər İttifaq daxilində bütün sərhəd nəzarətinin ləğv edilməsini istəyəcək.

Bu barədə “El Pais” qəzeti Avropa Daxili İşlər Komissarı İlva Yohansona istinadən xəbər verib.

Brüsseldə hesab edirlər ki, koronavirus pandemiyası ətrafında Aİ ölkələrində vəziyyətin yaxşılaşması ilə bu cür məhdudiyyətlər artıq effektiv mübarizə metodu deyil. Yohansonun sözlərinə görə, bu infeksiyanın birdən-birə yayılması başlayanda ölkələr razılaşdırılmamış və təşviş içərisində reaksiya göstəriblər.

O, daxili işlər nazirlərinin 30 iyun tarixindən sonra daxili sərhəd nəzarətini uzatmamaq mövzusunda razılığa gələcəyinə ümid etdiyini bildirib.

Gözlənildiyi kimi, bu addım Avropa İttifaqı və şengen ölkələrinə üçüncü ölkələrdən vacib olmayan səfərlərə qoyulan məhdudiyyətləri gücləndirəcək.

Oxşar xəbərlər