BVF: Bu il dünya əsrin ən ağır iqtisadi böhranı ilə üzləşəcək » Memur.az

BVF: Bu il dünya əsrin ən ağır iqtisadi böhranı ilə üzləşəcək

BVF: Bu il dünya əsrin ən ağır iqtisadi böhranı ilə üzləşəcək2020-ci ildə dünyanı Böyük depressiya zamanından bu yana ən ağır iqtisadi çöküş gözləyir.

“RİA Novosti” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

Onun sözlərinə görə, buna səbəb koronavirus pandemiyası olacaq.

“Koronavirus bizim ictimai və iqtisadi asayişimizi ildırım sürəti ilə və indiyədək görülməmiş miqyasda sarsıtdı”, - deyə qurumun nümayəndəsi əlavə edib.

Georgiyeva bu çöküşün nə qədər dərin və davamlı olacağ barədə məlumatın olmadığını əlavə edib.