İtaliyada ticarət donduruldu » Memur.az

İtaliyada ticarət donduruldu

İtaliyada ticarət dondurulduİtaliyanın Baş naziri Cuzeppe Konte ölkədə koronavirusla mübarizə çərçivəsində yeni tədbirlərin görüldüyünü qeyd edib.

“İnterfaks” xəbər verir ki, ölkədə ticarətin, demək olar ki bütün növləri dayandırılıb.

Sadəcə, ən zəruri malları satan dükanlar və apteklər fəaliyyət göstərir.

“Bilirik ki yavaş-yavaş hərəkət etməliyik, lakin irəli bir addım atmağın vaxtı gəlib çatıb. İndi biz bütün ticarət müəssisələrinin bağlanması barədə göstəriş vermişik”, - deyə Konte qeyd edib.