Tarix : 18-01-2020, 23:29 | Bölmə: iqtisadiyyat

Nazarbayev Xəzərlə Qara dənizi birləşdirmək istəyirQazaxıstanın ömürlük ümummilli lideri olaraq qalan Nursultan Nazarbayev Qazaxıstanın Avrasiya İqtisadi Birliyi ölkələrini (AİB) Qara və Xəzər dənizləri arasında nəqliyyat kanalının qurulması imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Bu barədə “Haber7” məlumat verib.

“Qara dəniz və Xəzər dənizlərini su yolları ilə birləşdirəcək Avrasiya gəmi kanalının inşası perspektivli bir layihə ola bilər”, - deyə Nazarbayev vurğulayıb.

Bundan əlavə, Nazarbayev Rusiya ilə Qazaxıstan ərazisindən keçərək Avropanı Asiya ilə birləşdirəcək yüksək sürətli avtomobil yolunun inşasının mümkünlüyünü araşdırmağı təklif edib.

Qeyd edək ki, Nazarbayevin sözügedən təklifi Türkiyədə böyük müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, sözügedən plan Osmanlı İmperiyasına məxsus olub.

Bildirilir ki, Xəzər dənizi ilə Qara dənizi birləşdirmək fikrini ilk dəfə Qanuni Sultan Süleyman irəli sürüb, amma hələ zamanının gəlmədiyini deyib. Digər istifadəçilər isə bildirirlər ki, bu layihə Türk dünyasını su yolu ilə bir-birinə bağlayacaq.

Oxşar xəbərlər