1042 nəfərin deputatlığa namizədliyi təsdiqlənib » Memur.az

1042 nəfərin deputatlığa namizədliyi təsdiqlənib

1042 nəfərin deputatlığa namizədliyi təsdiqlənibNövbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 namizəd müraciət edib.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

O bildirib ki, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

Onun sözlərinə görə, müraciət edən şəxslərin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub.

“Onlardan 829 nəfəri isə imza vərəqələrini artıq götürüb, 60 nəfəri onları geri qaytarıb və biri qeydə alınıb”.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.