Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar bütün məntəqələr tam hazır vəziyyətdədir » Memur.az

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar bütün məntəqələr tam hazır vəziyyətdədir

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar bütün məntəqələr tam hazır vəziyyətdədirBələdiyyə seçkiləri ilə əlaqədar bütün məntəqələr tam hazır vəziyyətdədir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.MSK sədri qeyd edib ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Seçkilər ümumilikdə 5049 məntəqəni əhatə edəcək. Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Min məntəqədə veb kameralar quraşdırılıb.

Məzahir Pənahov bildirib ki, səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.