Tarix : 13-11-2019, 08:00 | Bölmə: iqtisadiyyat

Lukaşenko “dözmək” qərarına gəldi: Avropaya “yox” dediMinsk Avropa Şurasına üzvlüklə bağlı gözləməyə hazırdır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Avstriya prezidenti Aleksander Van der Bellen ilə görüşdən sonra bildirib.

“Avropa Şurasına və üzvlüyümüzə gəldikdə isə, sağ olun, yox - dözərik”, - deyə Lukaşenko jurnalistlərə deyib.

Bundan əvvəl der Bellen xatırlatmışdı ki, Belarusda ölüm cəzasının qanuniləşdirilməsi respublikaya Avropa Şurasının tam hüquqlu üzvü olmağa imkan vermir.

Bir müddət əvvəl Lukaşenko bildirmişdi ki, ölkədə ölüm hökmünün ləğvi yalnız referendumun nəticələrinə görə mümkündür. Bununla yanaşı, onun sözlərinə görə, bu məsələni ümumi səsverməyə çıxarmaq üçün cəmiyyətdə əhval-ruhiyyə dəyişməyib.

Belarus ölüm cəzasının ləğv edilmədiyi yeganə Avropa və MDB ölkəsidir. Respublika Cinayət Məcəlləsinə uyğun olaraq, ölüm hökmü kütləvi qırğın silahlarının tətbiqi, müharibə, soyqırım, beynəlxalq terrorizm, qətl, hakimiyyətin ələ keçirilməsi, terror aktı, hüquq-mühafizə orqanlarının əməkdaşının öldürülməsi və dövlət xəyanəti olmaqla, xüsusi ağır cinayətlərə görə verilə bilər. Cəza yalnız 18-65 yaş arası kişilərə təyin edilə və güllələmə yolu ilə həyata keçirilə bilər.

Oxşar xəbərlər