Argentinada prezident seçiləcək » Memur.az

Argentinada prezident seçiləcək

Argentinada prezident seçiləcəkArgentinada bazar günü prezident və parlament seçkiləri keçiriləcək.

TASS-ın verdiyi məlumata əsasən, ölkə vətəndaşları dövlət rəhbəri ilə yanaşı, Konqressə 130 deputat və 24 senator seçməlidirlər.

Seçki məntəqələri yerli vaxtla 08:00-da açılacaq və 18:00-a kimi işləyəcək. Qeyd edək ki, Argentinada səsvermədə iştirak etmək 16 yaşdan yuxarı bütün vətəndaşlar üçün məcburidir.

Ali dövlət rəhbəri postuna altı nəfər namizədliyini irəli sürüb. Əsas mübarizənin cari prezident Maurisio Makri ilə müxalif namizəd və sabiq hökumət rəhbəri Alberto Fernandes arasında gedəcəyi bildirilir.