Cozef Bayden: Tramp təhlükəli bildiyi hər kəsə böhtan atır » Memur.az

Cozef Bayden: Tramp təhlükəli bildiyi hər kəsə böhtan atır

Cozef Bayden: Tramp təhlükəli bildiyi hər kəsə böhtan atırABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden hazırkı prezident Donald Trampı vəzifəsindən sui-istifadədə günahlandırıb.

Bayden “The Washington Post”dakı tənqidi məqaləsində qeyd edib ki, Tramp prezident olmağa layiq deyil. Demokratın fikrincə, o öz postundan milli yox, şəxsi maraqlarının inkişafı üçün istifadə edir.

O həmçinin Trampı öz məsuliyyətini dərk etməməkdə suçlayıb və ilk prezident Corc Vaşinqtonla müqayisə edib:

“Məlumdur ki, Corc Vaşinqton yalan danışa bilmirdi. Tramp isə əksinə, həqiqəti danışa bilmir”.

Keçmiş vitse-prezident özünə və ailəsinə qarşı aparılan kampaniyanı şəhr edərkən bildirib ki, Tramp təhlükəli bildiyi hər kəsə böhtan atır.