Əhalinin diqqətinə - Milli Məclisə qanun layihəsi təqdim edəcəklər » Memur.az

Əhalinin diqqətinə - Milli Məclisə qanun layihəsi təqdim edəcəklər

Əhalinin diqqətinə - Milli Məclisə qanun layihəsi təqdim edəcəklərBu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, iclasın gündəliyinə doqquz məsələ daxil edilib.

Komitə sədri Əli Hüseynli öncə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə danışıb.

O bildirib ki, Azərbaycanda belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir.

“Sənəddəki bir sıra müddəalara dair beynəlxalq təcrübə, o cümlədən, Avropa ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycan üçün uyğun olan model seçilib”, - deyə Ə.Hüseynli əlavə edib.

İclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid iyul ayında bu sənədin ictimai müzakirəsinin təşkil olunduğunu xatırladıb.

O deyib ki, müzakirədə xeyli təklif səslənib, birinci oxunuşdan sonra qanun layihəsində 30 dəyişiklik edilib.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.