Tramp ittihamların qarşısında susmamaq qərarına gəldi » Memur.az

Tramp ittihamların qarşısında susmamaq qərarına gəldi

Tramp ittihamların qarşısında susmamaq qərarına gəldi ABŞ prezidenti Donald Tramp bazar günü Demokratik Partiyanın məsələnin onun impiçmentinə çatdırmağı cəhdi ilə bağlı videomüraciət dərc edib.

“Hazırda baş verənlər Amerika siyasətinin tarixində böyük bir fırıldaqdır. Demokratlar silahlarınızı, sağlamlığınızı, səslərinizi, azadlığınızı, hakimlərinizi götürmək istəyirlər. Onlar hər şeyi götürmək istəyirlər. Biz buna heç vaxt imkan verməyəcəyik”, - deyə Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə əsasən, Demokratlar onu dayandırmağa çalışırlar.“Mən sizin üçün mübarizə aparıram. Ona görə də, məni dayandırmaqlarına heç vaxt yol verməyəcəyəm”, - deyə Tramp müraciətini 40 saniyədən az müddətə başa vurub. Bununla yanaşı, o, bu dəfə Demokratların ünvanına sərt fikirlər söyləməkdən çəkinib.

Onun videomüraciəti Trampın Ukrayna, Rusiya və Səudiyyə Ərəbistanının liderləri ilə söhbətlərinin Ağ Ev tərəfindən gizlədilməsi ilə bağlı qalmaqalın fonunda çəkilib.